Ana səhifə / Aktual / Ukraynada daha bir azərbaycanlı döyüşçü həlak olub

Ukraynada daha bir azərbaycanlı döyüşçü həlak olub

Ukraynanın ərazi bütövlüyü və azadlığı uğrunda daha bir azərbaycanlı döyüşçü həlak olub.

Mia.az xəbər verir ki, bunu Odessada fəaliyyət göstərən “Birlik” dispor təşkilatının sədr müavini, jurnalist Anar Natiqoğlu sosial media hesabında paylaşıb.

O bildirib ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Radasının Krivoy Roq nümayəndəliyinin rəhbəri Kamal Ağayevdən alınan məlumata görə, həlak olan soyadımız 1966-cı il təvəllüdlü Vahid Əzim oğlu Əzizovdur.

Əslən Zaqataladan olan soydaşımızın ailəsi Krivoy Roq şəhərində yaşayır, bir oğlu, bir qızı var.

Ukrayna vətəndaşı olan soydaşımız mart ayından könüllü döyüşlərə qatılıb, PDM (BMP) heyətində atıcı olub. O, Luqansk cəbhəsində bölüyü ilə birgə minamyot atışları zamanı həyatını itirib.

Qeyd edək ki, Vahid Əzizovun qardaşı hazırda Baxmut istiqamətində döyüşür.

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …