Ana səhifə / Aktual / Türkiyədə dəniz sahillərini ölü meduzalar basdı: “Qəti toxunmaq olmaz” – FOTOLAR

Türkiyədə dəniz sahillərini ölü meduzalar basdı: “Qəti toxunmaq olmaz” – FOTOLAR

İzmir körfəzi və Foça sahillərindəki ölü “dəniz anaları” – meduzalar basıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, minlərlə ölü meduza (rhizostoma pulmo) sahilə yaxın su üzünə çıxıblar. 

Yerki sakinlər bu acı mənzərəyə həm maraqla,həm də qorxuykla tamaşa edirlər.

Məsələ ilə bağlı Muğla Sıtkı Koçman Universiteti Su Məhsulları Fakültəsinin Balıqçılıq Təməl Elmləri Bölümünün müəllimi Nurçin Killi “Anadolu”ya açıqlamasında deyib ki, suyun istiləşməsi və qida blluğuna görə meduzalar sahilə yaxın köç edirlər: “Onlar burada missiyalarını yerinə yetirdikdən sonra kütləvi şəkildə “həyata əlvida” deyilər. Yəni, hazırkı vəziyyət normal və gözləniləndir. Burada qeyri-adilik yoxdur”.

O bildirib ki, çətir diametrinin 60 santimetr və daha çox olan meduzalara toxunmaq olmaz: “Ölü olsalar belə, onlara toxunulmamalıdır. Rhizostoma pulmo orta dərəcədə kostik bir növdür və yanma, ağrı, qızartı, qaşınma və şiş yarada bilirlər. Allergikyası olanlara daha pis təsir göstərə bilər. Bilmədən meduza ilə təmasda olduqda dərhal sudan çıxmaq və toxunduğunuz yeri dəniz suyu ilə yumaq lazımdır. Daha sonra dəniz qumu ilə toxunduğunuz yeri yüngülcə ovuşduraraq təmizmək gərəkdir. Heç bir halda şirin su ilə yuyulmamalıdır”

img
img
img

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …