Ana səhifə / Bölgələr / Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? – VİDEO

Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? – VİDEO

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Niyaməddin qızı Məhərrəmlinin axtarışları davam edir.

Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində hadisənin təfərrüatı məlum olub.

Belə ki, Nigarın anası Günel bildirib ki, qardaşının yoldaşı qızının oxuduğu məktəbə gedərək direktora şikayət edib:

“Nigar narkomandır, bu məktəbdə oxumasını istəmirik, mənim uşaqlarım təhlükədədirlər” kimi ifadələr işlədib.

Nigarın babası Əli bildirib ki, nəvəsi çox ağıllı, savadlı qızdır və onu kimsə yoldan çıxarıb.

Qeyd edək ki, ailəsi Nigarın qaçırıldığını düşünür.

Ətraflı videoda:

 

Həmçinin oxuyun

İşğaldan azad olunan rayonlarda nə qədər yeni iş yeri açılıb?

Bu ilin ilk rübü ərzində işğaldan azad olunan rayonlarda 292 yeni iş yeri açılıb.Yeniavaz.com açıqlanan rəsmi …