Çərşənbə , May 8 2024
Ana səhifə / Aktual / “Ramil Usubova müşavir təyin edilməmişəm” – Şərif Əsədullayev təyinat xəbərini təkzib etdi

“Ramil Usubova müşavir təyin edilməmişəm” – Şərif Əsədullayev təyinat xəbərini təkzib etdi

Daxili işlər naziri Ramil Usubov özünə yeni müşavir təyin edib.
Azinforum.az unikal.org-a istinadən xəbər verir ki, Ramil Usubovun əmri ilə son yaş həddi ilə əlaqədar təqaüdə göndərilən Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, general-mayor Şərif Əsədullayev nazirin müşaviri təyin edilib.
Xəbəri DİN-dən təsdiqləyiblər.
****
General-mayor Şərif Əsədullayev “Qafqazinfo” ilə əlaqə saxlayaraq məlumatın yalan olduğunu bildirib: “Bu məlumat həqiqətə uyğun deyil. Hazırda təqaüddəyəm, heç bir işlə məşğul deyiləm. Sadəcə elmi və yaradıcı fəaliyyətlə məşğul oluram”.

Həmçinin oxuyun

Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTO-su

Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı həlak olan 1983-cü il təvəllüdlü prokuror Müşfiq Abdullayev …