Çərşənbə , May 8 2024
Ana səhifə / Aktual / Praqada biznesmen Rəşad Qafarovu sifarişlə qətlə yetirən Ramil Əliyevə qiyabı hökm

Praqada biznesmen Rəşad Qafarovu sifarişlə qətlə yetirən Ramil Əliyevə qiyabı hökm

Praqa məhkəməsi 2017-ci ilin yayında bu şəhərdə azərbaycanlı biznesmen Rəşad Qafarovu qətlə yetirənlərdən biri Ramil Əliyevin barəsində qiyabi hökm çıxarıb. Hökmə əsasən o, 18 il azadlıqdan məhrum edilir. Virtualaz.org Çexiya nəşrlərinə istinadən xəbər verir ki, Rusiya vətəndaşı olan 36 yaşlı Əliyev ədalətdən yayınır. Onun cinayət ortağı, Gürcüstan vətəndaşı Mamuka Apaxidze artıq tutulub və 16 il həbs cəzası alıb.

Rəşad Qafarov 2017-ci il iyunun 30-da qətlə yetirilib, onun meyiti öz avtomobilində aşkar edilib. Cinayətkarlar biznesmeni çoxsaylı bıçaq zərbələri ilə öldürüblər.

Rəşad Qafarov Çexiyada və Azərbaycanda öz sahəsində kifayət qədər tanınmış biznesmen olub. O, fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin məzunu olub, bundan əvvəl “Panalphina” beynəlxalq loqistika şirkətinin regional nümayəndəliyində işləyib. Sonuncu vəzifəsi TERN Transport & Trading CZ şirkətinin baş direktoru vəzifəsi idi. Çexiyanın şirkətlər reyestrində yer alan məlumata görə bu şirkətin səhmdarları Rəşad Qafarov və Dilara Qafarovadır.

Biznesmen qətlə yetirilməzdən cəmi iki gün əvvəl-iyunun 28-də Bakıda olmuşdu və Praqaya geri qayıdandan az sonra qətlə yetirilmişdi.

“Məhkəmə Əliyevin günahkar olduğuna şübhə emir. Onun günahı sübut olunub”,-məhkəmə nümayəndəsi Vlasta Lanqamerova bildirib. Cinayətin üstünün açılmasında videomüşahidə kameralarının görüntüləri mühüm rol oynayıb. Bu görüntülərə əsasən Əliyev və Apaxidzenin cinayət yerinə necə gəldikləri görünür.

Qatillər qurbana 20 bıçaq zərbəsi vurublar, cinayət zamanı Əliyev özü də yaralanıb. Cinayətdən sonra qeydə alınmış görüntülərə əsasən onun əli sarıqlıdır.

Prokuror Marqarita Kraliçki bildirib ki, biznesmenin öldürülməsi sifarişli qətlə oxşayır. Qətl yaxşı düşünülüb və planlaşdırılıb.  Lakin vəkil Vera Ptaçkova qətlin motivinin sona qədər aydın olmadığını deyib.

İş materiallarına əsasən Əliyev və Apaxidze Praqaya qətl günü qəliblər və biznesmenlə görüşmək barədə razılığa gəliblər. Qətl biznesmenin maşınında baş verib, Ramil ona bıçaqla zərbələr endirib. Qan içində olan biznesmen öz avtomobili ilə bir neçə metr gedə bilib, amma huşunu itirib və başqa avtomobillə toqquşub. Qatillər isə bıçağı ataraq qaçıblar. Onlar Ukraynaya gedən avtobusla Çexiyanı tərk ediblər. Apaxidze Lvovda düşüb, Əliyev yoluna davam edib.

Gürcünü sonradan Ukrayna polisi yaxalayıb. Onun əvvəllər Rusiyada zorakı əməllərə görə 10 il həbsdə olduğu bildirilir. Ramil Əliyevi isə Çexiya polisinin sorğusu əsasında Rusiya polisi axtarıb. Lakin yaşadığı Sankt-Peterburqda və Rusiyanın digər regionlarında onu tapmaq mümkün olmayıb. İnterpol-un Bakı bölməsindən isə bildiriblər ki, Əliyev Azərbaycanı tərk edib və yeri məlum deyil.

Bəs cinayətin motivi nə ola bilərdi? Biznesmenin dul arvadının bildirdiyinə görə, onun ərini qısas olaraq öldürə bilərdilər. Çünki əri ilə Ramil Əliyevin qohumlarından biri arasında “məhəbbət romanı” olub. Həmin qadının əri hətta biznesmenin arvadını və atasını öldürməklə hədələmişdi.

Digər versiya ilə bizneslə bağlıdır. Belə ki, Qafarov neft biznesi ilə bağlıdır, habelə nar şirəsi ixracı ilə məşğul olub.

Həmçinin oxuyun

Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTO-su

Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı həlak olan 1983-cü il təvəllüdlü prokuror Müşfiq Abdullayev …