Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / “Ögey ana” və “Böyük dayaq”dakı ecazkar səs – Video

“Ögey ana” və “Böyük dayaq”dakı ecazkar səs – Video

Bu günlərdə Azərbaycanın görkəmli aşıqlarından olan Aşıq Əkbər Cəfərovun ölümünün 27-ci ildönümü oldu.

Kult.az xatırladır ki, 1933-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olan aşıq cəmi 57 il yaşamasına baxmayaraq, sənətdə iz qoyan, daim xatırlanan ustadlardandır.

Təsadüfi deyil ki, aşığın dostları, şagirdləri hələ də onun xatirəsini əziz saxlayır.

Şirvan açıq mühitinin tanınmış simalarından olan Aşıq Vüqar Mahmudoğlu böyük söz ustadı haqqında eşitdiklərini bölüşüb:

“Aşıq Əkbər Azərbaycanın qərb aşıq mühitinin böyük ustadlarından biri idi. Onun özünəməxsus ifası, ecazkar səsi vardı. O, bütövlükdə Azərbaycan aşıq sənəti üçün çox əhəmiyyətli biridir. Böyük ifaçı, həlim xasiyyətli insan, yaxşı dost… Onun haqqında hər zaman belə danışılır. Onun qərb aşıq mühitinin, o cümlədən Şirvan aşıq mühitinin inkişafında xidmətləri olub. Çünki Aşıq Əkbərin bütün ifalarında ritm var. Düzdür, qərb aşıqlarında ritm o qədər də önəm daşımır, amma Aşıq Əkbərin oxuduğu havalarda xüsusi ritm, məxsusi axıcılıq, həzinlik var.

Aşıq Əkbəri zil, şaqraq səsinə görə “zilxan” adlandırıblar. O, bir aşıq kimi qəhrəmanlıq havalarını oxuyub. Aşıq Əkbər kimi səsi, ifası olan bir sənətkar çətin ki, yetişsin”.

Ustadın layiqli davamçılarından sayılan Aşıq Altay Məmmədov bildirib ki, Aşıq Əkbər bu sənətin əvəzedilməz, görkəmli nümayəndəsidir:

“Onun çox güclü dastan yaradıcılığından başqa ecazkar səsi olub. Bütün türk dünyasında, hətta Avropa ölkələrində də Aşıq Əkbərin səsini çox bəyəniblər. Amerikadan gəlmiş araşdırmaçılar belə Aşıq Əkbərin səsini vaxtilə çox bəyəniblər və yazıb aparıblar. Onlar bu səsin əvəzolunmaz olduğunu deyiblər”.

Aşıq Altay onun kimi görkəmli bir aşığın məktəbinin davamçısı olmaqdan məmnunluq duyduğunu vurğulayıb:

“Mən cavan bir aşıq kimi Aşıq Əkbər məktəbinin heyranıyam. Aşığın lent yazılarını, apardığı toy məclislərinin görüntülərini izləmişəm. Buna görə də istər-istəməz onun yaradıcılığı mənə də təsir edib. Mənim az-çox aşıq kimi tanınmağımda Aşıq Əkbər yaradıcılığının çox böyük rolu olub.

O, mənim mənəvi ustadımdır və bununla fəxr edirəm”.

Aşıq Əkbərin ifası bir sıra məşhur filmlərimizdə də yaşayır. Onun “Böyük dayaq” və “Ögey ana” filmlərindəki ifalarını təqdim edirik.

Qeyd edək ki, Aşıq Əkbər Cəfərov 1990-cı il avqustun 24-də vəfat edib.

Həmçinin oxuyun

Paşinyan özünü və erməni siyasi elitasını xilas etməyə çalışır

Rəsmi İrəvan döyüş meydanında darmadağın olan ordusunun real vəziyyətindən diqqəti yayındırmaq, öz daxili auditoriyasını sakitləşdirmək …

Bir cavab yazın