Cümə axşamı , May 9 2024
Ana səhifə / Aktual / “Nəyə görə getməliyəm?” – Xaləddin İsgəndərov danışdı

“Nəyə görə getməliyəm?” – Xaləddin İsgəndərov danışdı

“Mən nəyə görə öz ölkəmi tərk etməliyəm? Azərbaycan dünyada ən gözəl ölkələrdən birdir. Hazırda vətənimdəyəm, Azərbaycandayam dincəlirəm. İşinizlə məşğul olun”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Bizim Yol”a açıqlamasında Binəqədinin sabiq icra başısı Xaləddin İsgəndərov Almaniyaya köçməsi ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.

O, hazırda istirahət etdiyini qeyd edib:

“Jurnalistlər mənim haqda nəsə yazırlar, belə xəbərlər yalandır. Mən Azərbaycanı çox sevirəm burda da yaşayacam. Hələ ki, heç bir işlə məşğul deyiləm. İstirahət edirəm.”

Həmçinin oxuyun

Dönərdən zəhərlənən şəxsin yaxını: “Beş manata görə hər şeyi edirlər” – VİDEO

Zaqatalada dönərdən zəhərlənən şəxslərin yaxınları Baku TV-yə danışıblar. Onlardan birinin babası Bahəddin Əliyev bildirib ki, …