Şənbə , May 11 2024
Ana səhifə / “Nigar o sözü təhqir etmək üçün deməyib” — Yol Polisindən rəsmi AÇIQLAMA

“Nigar o sözü təhqir etmək üçün deməyib” — Yol Polisindən rəsmi AÇIQLAMA

Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camalın yol polisi haqqında işlətdiyi ifadələrə münasibət bildirib.

K.Əliyev “Ölkə.Az”-ın əməkdaşıyla söhbətində N.Camalın polisi təhqir etmək fikrinin olmadığını söyləyib:

“Nigar Camal polis haqqında müəyyən kobud ifadələr işlədib. Sözsüz ki, o rusdilli xanımdır, bir az da ingilis dili təhsili var. Özü də etiraf edir ki, o sözü təhqir etmək məqsədi ilə deməyib. Həmin söz Nigar xanımın tərcüməni düzgün etməməsi səbəbindən yazılıb”.

Qeyd edək ki, N.Camal sosial şəbəkədə yazdığı statusda “DYP – axır zamanlar çox qudurublar” ifadəsini yazmışdı.

Həmçinin oxuyun

İsrail səfiri “BMT Nizamnaməsini” parçaladı – VİDEO

İsrailin BMT-dəki səfiri Gilad Erdan iclası zamanı BMT nizamnaməsinin surətini məhv edib. Buna səbəb BMT …

Bir cavab yazın