Çərşənbə , May 8 2024
Ana səhifə / Aktual / Nazir Kukla Teatrının direktorunu niyə işdən azad etdi? – Açıqlama

Nazir Kukla Teatrının direktorunu niyə işdən azad etdi? – Açıqlama

Qax Dövlət Kukla Teatrının direktoru Nazim Mahmudov işdən çıxarılıb.

Mədəniyyət nazirliyndən Azinforum.az-a verilən məlumata görə, bu barədə mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb: “Öz vəzifə səlahiyyətlərindən, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə əməli törətməsi, hüquq pozuntuları nəticəsində mərkəzi icra hakimiyyəti orqanının nüfuzuna xələl gətirən əməllərə yol verməsi səbəbindən Qax Dövlət Kukla Teatrının direktoru Nazim Davud oğlu Mahmudovun əmək müqaviləsinə Əmək Məcəlləsinin müvafiq bəndlərinə əsasən xitam verilib”.

Qeyd edək ki, Nazim Mahmudov 1998-ci ildən Qax Dövlət Kukla teatrının direktoru vəzifəsində çalışıb.

Həmçinin oxuyun

Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTO-su

Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı həlak olan 1983-cü il təvəllüdlü prokuror Müşfiq Abdullayev …