Ana səhifə / Aktual / Nazir generalı işdən niyə çıxarıb? – Yeni faktlar

Nazir generalı işdən niyə çıxarıb? – Yeni faktlar

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Hikmət Abbasovun vəzifəsindən azad edilib.

Azinforum.az bildirir ki, Qaynarinfo-ya Hikmət Abbasovun işdən çıxarılmasının səbəbləri ilə bağlı yeni məlumat daxil olub. 

Belə ki, bu ilin iyun ayında Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov son yaş həddi ilə əlaqədər təqaüdə göndərilərək, yerinə təyin olunan Dövlət Yanğın Nəzarəti Xidmətinin sabiq rəisi Hikmət Abbasovun rəhbərlik etdiyi əvvəlki və hazırkı qurumlarda hüquq-mühafizə orqanları ilə bərabər yoxlamalar aparılıb. 

Hər iki qurumda maddi-texniki təchizatla bərabər, ciddi maliyyə pozuntuları da aşkarlanıb. Bu səbəbdən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmrlə Hikmət Abbasovu vəzifəsindən azad edib.

İddiaya görə, Hikmət Abbasov uzun illər FHN-də çalışması və general rütbəsi daşıması nəzərə alınaraq həbslə deyil, vəzifədən azad edilməklə cəzalandırılıb. 

Hazırda Dövlət Yanğından Mühafizə Xidməti və Dövlət Yanğın Nəzarəti Xidmətinin bütün şəhər və rayon şöbələrində də yoxlamalar aparılır. Hər iki qurumun əksər şəhər və rayon idarə, şöbələrinin rəisləri işdən azad olunub, bəzilərinin yerləri dəyişdirilib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …