Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Aktual / Nəcməddin Sadıkovun ətrafındakı halqa daralır: “Məhkəmə yaxın günlərdə qərar verəcək”

Nəcməddin Sadıkovun ətrafındakı halqa daralır: “Məhkəmə yaxın günlərdə qərar verəcək”

“Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi, ehtiyatda olan general-polkovnik Nəcməddin Sadıkovla bağlı Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri tərəfindən məhkəmələrdə bir sıra ittihamlar səsləndirilib. Həmin qanun pozuntuları, xüsusilə də külli miqdarda mənimsəmə maddəsi ilə bağlı müəyyən ifadələr veriblər”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib. 

O, Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov haqqında başladılan araşdırmadan söz açıb.

Hərbi ekspert onu da diqqətə çatdırıb ki, orada bir neçə zabit, konkret olaraq həbsdə olan polkovnik Məlikməmməd Qurbanov bildirib ki, pulu gətirib Nəcməddin Sadıkova verib:

“Nəcməddin Sadıkova verəndən sonra həmin pulların hara getdiyi ilə bağlı onun məlumatı yoxdur. Hazırda məhkəməsi davam edən şəxslər məhkəmə qarşısında vəsatət qaldırıblar ki, bu məsələlərə aydınlıq gətirilməsi Nəcməddin Sadıkovun birbaşa vəzifə borcudur”. 

Ü,Cəfərovun sözlərinə görə, həm Nəcməddin Sadıkov, həm Müdafiə Nazirliyinin hazırda xidmətdə olan, həm də ehtiyata buraxılan şəxslər barəsində işlər icraatdan ayrılıb və bununla bağlı araşdırmanın aparılması haqqında qərar verilib: 

“Hazırda istintaq orqanlarında araşdırmalar aparılıb. Çünki bu şəxslər konkret adlar çəkirlər. Böyük ehtimalla, həmin şəxslərin məhkəməsinə Nəcməddin Sadıkov da dəvət edilə bilər. Demirəm ki, yüz faiz gələcək, lakin onların səsləndirdiyi məsələ ilə bağlı məhkəmənin borcudur ki, həm Nəcməddin Sadıkov, həm də adları maliyyə məsələlərində keçən bir neçə vəzifəli şəxsi məhkəməyə dəvət etsin. Çünki dəvət olunmayacağı təqdirdə, təqsirləndirilən şəxslərin vəkilləri bundan narazılığını bildirə bilərlər. Hətta onlar sonrakı mərhələdə şikayət də verə bilərlər”. 

Polkovnik aydınlaşdıırb ki, hazırda istintaq aparılır və araşdırmanın aparılması o demək deyil ki, Nəcməddin Sadıkovla bağlı hansısa bir qərar, yaxud cinayət işi var: 

“Araşdırma normal prosessual bir qaydadır. Əgər külli miqdardakı mənimsədə Nəcməddin Sadıkov və digərlərinin rolu olacaqsa, yəqin ki, bu barədə qərar veriləcək. Çünki burada dövlətə dəymiş 143 milyona yaxın puldan söhbət gedir. Bu pulun cüzi bir hissəsi ödənilsə də, yerdə qalan 70-80%-i ödənilməyib. 

Bunlar məhkənənin səlahiyyətidir və hazırda Məlikməmməd Qurbanov, Mahir Şirinov, Rəfail Xəlilov və general-mayor Nizami Məmmədovun məhkəməsində bu fikirlər ayrı-ayrı epizodlar üzrə səslənib. Baxaq, görək, məhkəmə hansı qərarı verəcək? Yəqin ki, yaxın günlərdə bəzi məsələləri biləcəyik”. 

Həmçinin oxuyun

Malik Vəliyevin işdən çıxardığı şəxs məhkəmədən kömək istəyir – TƏFƏRRÜAT

Hərracların Təşkili Mərkəzinin işdən çıxarılan əməkdaşı qurumu məhkəməyə verib.İqtisadiyyat.az xəbər verir ki, Babayev Nazim Pərəcan oğlu …