Ana səhifə / Aktual / Mərkəzi Klinikanın sabiq rəhbəri Bakı Sağlamlıq Mərkəzinə icraçı direktor təyin olunub

Mərkəzi Klinikanın sabiq rəhbəri Bakı Sağlamlıq Mərkəzinə icraçı direktor təyin olunub

Bakı Sağlamlıq Mərkəzinin (BSM) rəhbərliyində təyinat olub.

“Report”un xəbərinə görə, BSM-in icraçı direktoru vəzifəsinə Mərkəzi Klinik Xəstəxananın sabiq direktoru, türkiyəli Melikşah Acuner təyin edilib.

BSM-in baş həkimi Hikmət Həsənov “Report”a açıqlamasında məlumatı təsdiqləyib. Hikmət Həsənov onu da qeyd edib ki, BSM İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının elmi-praktik bazası rolunu oynayacaq: “BSM bundan sonra publik hüquqi şəxs statusu almış tibb ocağı kimi fəaliyyətini davam etdirəcək. Bu səbəbdən Mərkəzdə bu günə kimi olmayan yeni şöbələr açılacaq”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …