Ana səhifə / Aktual / Müayinə üçün gəldiyi klinikada öldü

Müayinə üçün gəldiyi klinikada öldü

Mingəçevir şəhərində xəstəxanaya müraciət edən kişi ölüb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, yanvarın 22-də Goranboy rayon Qızılhacılı kənd sakini, 1953-cü il təvəllüdlü Şamil Nəbiyev müayinə olunmaq üçün Mingəçevir şəhərində yerləşən “Nərgiz” klinikasına müraciət edib.

İlkin məlumata görə, Ş.Nəbiyev həkim səhlənkarlığı nəticəsində orada vəfat edib.

Polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib. Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …