Ana səhifə / Aktual / Molla rejimi daha bir sənət adamını HƏBSƏ ATDIRDI – FOTO

Molla rejimi daha bir sənət adamını HƏBSƏ ATDIRDI – FOTO

İranda məşhur rejissor həbs edilib.

Azinforum.AZ APA-ya istinadən xəbər verir ki, “Leylanın qardaşları” (“Leila’s Brothers”) filminin rejissoru Səid Rustayi 6 ay həbs cəzasına məhkum edilib.

Səid Rustayi “Leylanın qardaşları” filmini çəkdiyi və Kann Film Festivalında nümayiş etdirdiyi üçün rejim əleyhinə təbliğat aparmaq ittihamı ilə 6 ay həbs cəzasına məhkum edilib.

Məlumata görə, hökm Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində çıxarılıb.

Qeyd edək ki, Peyman Maadi, Təranə Əlidusti və Nəvid Məhəmmədzadənin də rol aldığı “Leylanın qardaşları” filminin rejissoru Səid Rustayi ötən il Kann Film Festivalında Beynəlxalq Tənqidçilər Federasiyasının (Fipresci) xüsusi mükafatını qazanıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …