Şənbə , May 11 2024
Ana səhifə / Aktual / MN: Ermənilər Kəlbəcərdə təxribat məqsədilə mühəndis işləri görməyə cəhd göstəriblər

MN: Ermənilər Kəlbəcərdə təxribat məqsədilə mühəndis işləri görməyə cəhd göstəriblər

Avqustun 14-də saat 19:25 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən atəş mövqelərinin dəstəyi ilə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin qarşısında təxribat məqsədilə mühəndis işləri görməyə cəhd göstəriblər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Aparılan işlərin dərhal dayandırılması və atəş nöqtələrinin susdurulması məqsədilə Ordumuzun bölmələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb.

Həmçinin oxuyun

Prezident Laçında su elektrik stansiyalarının açılışlarında iştirak edib – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunda “AzərEnerji” ASC-nin “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik …