Ana səhifə / Aktual / “Mediacare” klinikasında ölüm – Araşdırma aparılır

“Mediacare” klinikasında ölüm – Araşdırma aparılır

Ötən il dekabrın 21-də 53 yaşlı Lətafət Məmmədova “Mediacare” klinikasında vəfat edib.

Azinforum.az xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, L.Məmmədovanın ölməsi ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …