Çərşənbə , May 8 2024
Ana səhifə / Aktual / Leyla Əliyevadan təbrik: Hər kəsi sevmək…

Leyla Əliyevadan təbrik: Hər kəsi sevmək…

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ramazan ayının başlanması münasibətilə dünya müsəlmanlarını təbrik edib.
Kult.az xəbər verir ki, İnstaqram hesabında təbrik mesajı yazan L.Əliyeva hər kəsə xeyirxah işlər görməyi arzulayıb:
“Bütün müsəlman aləmini müqəddəs Ramazan ayının başlanması münasibəti ilə təbrik edirəm! Allah hamıya cansağlığı, əminamanlıq və rifah qismət etsin!
Allah hamıya daha çox xeyirxah işlər görmək, hər kəsə hörmətlə yanaşmaq və hər kəsi sevmək, ətrafdakılara nur və xoşbəxtlik bəxş etmək üçün güc versin! Bütün azərbaycanlılara mehribanlıqlarına, açıq ürəklərinə və səmimiliklərinə görə minnətdaram”.

Həmçinin oxuyun

Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTO-su

Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı həlak olan 1983-cü il təvəllüdlü prokuror Müşfiq Abdullayev …