Ana səhifə / Aktual / Mahir soyadını formasından sildi – Foto

Mahir soyadını formasından sildi – Foto

Son günlərdə ailə qalmaqalı ilə gündəmə gələn “Qarabağ”ın futbolçusu Mahir Mədətov müzakirələrə səbəb olacaq daha bir paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, o, “İnstagram”da “Səbail”lə matçda qol vurduqdan sonra çəkilən şəklini yerləşdirib.

Fotoda diqqətçəkən maraqlı məqam odur ki, hücumçu formasının üzərində “Madatov” yazılmış hissəni “Mahir”lə əvəz edib. Beləliklə, Mahir “Mədətov” soyadından imtina etməsi ilə bağlı yayılan xəbərləri təsdiq edib.

Qeyd edək ki, futbolçunun atası Anar Mədətov oğlunun soyadından imtina etməsi xəbərlərini təkzib etmişdi.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …