Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Kopenhagen” Ağdam klubu ilə hələ 19 il əvvəl – 1998-ci ildə Danimarkada keçirilən oyunun videosunu yayıb
Qol.az xəbər verir ki, bu video klubun saytında yer alıb.
Qeyd edək ki, o vaxt UEFA Kuboklar Kuboku turniri adlanan yarışın birinci mərhələsində “Qarabağ” “Kopenhagen”ə Bakıda 0:4, səfərdə 0:6 hesabı ilə uduzmuşdu.
“Bu dəfə “Qarabağ”a qələbə qazanmaq asan olmayacaq. Bunun üçün sizin dəstəyiniz lazımdır” – deyə saytdakı yazıda bildirilib.
Qeyd edək ki, bu komandaların ötən həftə Bakıda keçirilən qarşılaşmasında isə “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib.