Çərşənbə , May 8 2024
Ana səhifə / Aktual / Kamran Əliyev Vilyam Hacıyevin oğluna vəzifə verdi

Kamran Əliyev Vilyam Hacıyevin oğluna vəzifə verdi

İmişli Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Vilyam Hacıyevin oğlu yenidən prokurorluq orqanlarında fəaliyyətə başlayıb.

Pravda.az-ın xəbərinə görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə, Məhəmməd Vilyam oğlu Hacıyev Qubadlı rayon prokurorluğunun müstəntiqi təyin edilib.

Qeyd edək ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və V.Hacıyev həbs edilib. M.Hacıyev atası həbs ediləndən sonra Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsindən azad olunmuşdu.

Həmçinin oxuyun

Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTO-su

Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı həlak olan 1983-cü il təvəllüdlü prokuror Müşfiq Abdullayev …