Ana səhifə / Aktual / İstintaq idarəsinin sabiq rəisi SOCAR rəhbəri ilə prokurorluğa üz tutdu

İstintaq idarəsinin sabiq rəisi SOCAR rəhbəri ilə prokurorluğa üz tutdu

Dövlət Gömrük Komitəsinin istintaq İdarəsinin sabiq rəisİ, tanınmış vəkil Ceyhun Yusifov sosial media hesabından SOCAR Prezdenti  Rövşən Nəcəfə müraciət edib.

Mia.az xəbər verir ki, vəkil Ceyhun Yusifov müraciətində “Azəriqaz”da baş verən qanunsuzluqlardan söz açıb.

Vəkilin sözlərinə görə, SOCAR-ın tabeliyində olan “Azəriqaz” İstehsalat Birliyində Rusilan Əliyevin Baş direktor təyinatından sonra bu qurum əhalinin başının bəlasına çevrilib:

“01 noyabr 2019-cu ildən, yəni Ruslan Əliyevin “Azəriqaz”a baş direktor təyinatındba sonra milyonlarla istehlakçıların sayğacları əsasız olaraq kütləvi halda dəyişdirilir. Birmənalı şəkildə bütün dəyişən sayğaclarda güya “labarator” qaydada itkinin  olduğunu bildirərək yüksək məbləğdə əlavə ödəniş yazılır və dərhal da sistemə otuzdururlar. Abonentə qaz istifadəçisi kimi vəsait ödəyən kimi, həmin pul dərhal “Azəriqaz” İB yüklədiyi qanunsuz borcun silinməsinə sərf edilir. Bir anlıq təsəvvür edin, milyonlarla abuneçi sayğacı məcburi, daha doğrusu, min bir bəhanə ilə dəyişən zaman (868 manat, 1276 manat, 670 manat vəs air məbləğlərdə) əksər abunəçiyə standrat “borc” yüklənsə, ortaya çıxan vəsaitin miqdarə insanın başını gicəlləndirir”.

Vəkil deyir ki, sayğacı quran da, quraşdıran da, daha sonra isə “laborator qayda”da yoxladıb millətə “borc yüklədən”in də “Azəriqaz” olduğunu nəzərə aldıqda, korrupsiya elementləri aydın görünür:

“Bunları araşdrımaq, tədbir görçmək əvəzinə, nə baş verir?  Əlahəzrət Ruslan Əliyev öz təbliğatına maya buraxır. Müxtəlif kənd-qəsəbələrdə güya vətəndaşları ayaqüstə dinləyir, özünü qayğıkeş rəhbərə bənzədərək ictimaiyyətin gözünə soxmağa cəhd edir.

Hörmətli Rövşən Müəllim! Siz SOCAR-ın Prezdenti olmamışdan əvvəl İqtisadiyat Nazirinin birinci müavini olmusuz və əsas fəaliiyət istiqamətinizdə İstelahçıların hüquqlarının müdafiəsi olmuşdu. Təssüflər olsun ki, bu günə qədər Ruslan Əliyevin özfəalliyətinə biganə qalmısınız.

Minlərlə şəxsi narazı salmağa heç kəsin haqqı yoxdu. Hörmətli Ruslan müəllim öz reklamına ayırdığı vaxtın 1/10 sayğac oynuna ayırsa, məncə daha səmərəli olar…”.

Vəkil sonda Baş Prokurorluqdan qaldırdığı məsələnin araşdırılmaısı istəyib: “Bu, prokurorluq üçün araşdırma materialı ola bilər…”.

Həmçinin oxuyun

Dönərdən zəhərlənən şəxsin yaxını: “Beş manata görə hər şeyi edirlər” – VİDEO

Zaqatalada dönərdən zəhərlənən şəxslərin yaxınları Baku TV-yə danışıblar. Onlardan birinin babası Bahəddin Əliyev bildirib ki, …