Ana səhifə / Aktual / İsmayıllıda toyda 33 nəfər zəhərlənib

İsmayıllıda toyda 33 nəfər zəhərlənib

İsmayıllı rayonunda toyda kütləvi zəhərlənmə olub.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən “Report”a bildirilib ki, zəhərlənmə ilə bağlı ümumilikdə 33 nəfər xəstəxanaya müraciət edib.

“Səhər saat 9.30 üçün xəstəxanada ikisi uşaq olmaqla 4 nəfər qalıb. Onların yaxın zamanda evə buraxılacaqları gözlənilir. Qidadan zəhərlənmə etimalı ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edənlər həkimlərər bildiriblər ki, özlərini İsmayıllının Qəzli kənd sakini Müşviq Sabəli oğlu Hüseynovun oğlu üçün keçirdiyi kiçik toy məclisində iştirak etdikdən sonra pis hiss ediblər”, nazirlikdən bildirilib.

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …