Çərşənbə axşamı , Aprel 30 2024
Ana səhifə / Aktual / Hədəf Liseyi məşhur şirkətlə müqavilə bağladı

Hədəf Liseyi məşhur şirkətlə müqavilə bağladı

Hədəf Liseyi STEM, robototexnika və kodlaşdırma tədrisi üçün məhsullar istehsal edən “Makeblok” şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlayıb.

Kult.az xəbər verir ki, müqaviləyə görə, Hədəf Liseyinin mühəndislik tədrisində “Makeblok” məhsullarından istifadə etmək, şirkətlə əlaqədar mövzularda birlikdə seminarlar, təlimlər, olimpiadalar keçirmək və ortaq kurikulum hazırlamaq nəzərdə tutulub.

Qeyd edək ki, dünyanın 140 ölkəsində 20 mindən çox məktəb STEM və kodlaşdırma təhsili üçün “Makeblok” şirkətinin Airblok, mBot, mBlok, Maker kitləri, Ultimeyt, Kodey Roki və digər məhsullarından istifadə edir.

Avropa, Amerika, Yaponiya və Honq Konqda şöbələri olan şirkətin məhsullarından istifadə edən məktəb sayı təkcə Fransada 6 mindən çoxdur.

Həmçinin oxuyun

Hava pisləşir – Temperatur 8 dərəcə aşağı enəcək

Bakıda və Abşeron yarımadasında mayın 1-i və 2-si günün birinci yarısında şimal-qərb küləyinin 15-18 ms/, …