Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Həbs olunan icra başçısı kimdir? – DOSYE

Həbs olunan icra başçısı kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, bu gün mətbuatda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli rayon İcra Hakimiyyətində əməliyyat keçirdiyi barədə məlumat yayılıb.
Yayılan məlumatlarda İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin də saxlanıldığı bildirilir.
Məlumat üçün bildirək ki, 14 aprel 2012-il tarixdən İmişli rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləyən Vilyam Hacıyev 10 avqust 1957 -ci ildə Azərbaycan Respublikasının Xanlar (indiki Göygöl ) şəhərində anadan olub. 1979-cu ildə Orenburq vilayətinin Buquruslan Mülki Aviasiya məktəbini, 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Mülki Aviasiya Akademiyasını bitirib.  1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Vilyam Hacıyev 1979-1998-ci illərdə Mülki Aviasiya idarəsində müxtəlif vəzifələrdə çalışıb. 23 fevral 1999-cu il tarixdən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və müdafiə məsələləri şöbəsinin müdiri, 2 aprel 2002-ci il tarixdən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının müavini, 26 mart 2004-cü il tarixdən Göygöl (keçmiş Xanlar) rayon İcra hakimiyyətinin başçısı vəzifələrində işləyib. 7 fevral 2006-cı ildən Samux rayon İcra Hakimiyyətinin başçısı olub.
Qeyd edək ki, bir qədər əvvəl mətbuatda İmişli rayon İcra Hakimiyyəti icra başçısı Vilyam Hacıyevin Bakıda, Gəncədə, Qazaxıstanda Dubayda milyonluq biznesinin olduğunu iddia edən məlumat yayılıb. Həmin ərəfədə İcra başçısının adından mətbuata verilən açıqlamada bildirilirdi ki, Vilyam Hacıyevin mülk və digər ölkələrdə heç bir biznesi və əmlakı yoxdur. Hətta o, İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşayır. 
Onu da bildirək ki, Vilyam Hacıyev Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin əmisi oğludur. Vilyam Hacıyevdən bir yaş böyük olan Hafiz Hacıyev 1989-90-cı illərdə Respublika Embrionköçürmə Mərkəzinin direktoru, Respublika Süni Mayalanma Mərkəzinin direktoru vəzifələrində, 1991-1992-ci illərdə “Azərbalıq” İstehsalat Kommersiya Assosiasiyasının sədr müavini və sədri vəzifələrində, 1992-1993-cü illərdə Azərbaycan Respublikasının “Azərbalıq” Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri vəzifəsində çalışıb. 1993-cü ildə Surət Hüseynovun göstərişinə əsasən Cinayət Məcəlləsinin 167-ci maddəsinin 1-ci və 2-ci hissələri ilə məhkum olunub, 1996-cı ildə isə Cinayət Məcəlləsinin 220-ci maddəsi ilə 3 il müddətinə həbs edilmişdir. 1999-cu ildə həbsdən azad olunduqdan sonra Elçibəy Xalq Hərəkatının yaradılmasının təşkilatçısı və hərəkatın rəhbəri olub. Yeniavaz.com

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …