Çərşənbə , May 8 2024
Ana səhifə / Aktual / Gülağa Aslanlı “saxta arayış qalmaqalı”na görə müsavatçı jurnalisti məhkəməyə verir

Gülağa Aslanlı “saxta arayış qalmaqalı”na görə müsavatçı jurnalisti məhkəməyə verir

Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı mühacirətdə olan jurnalist, Müsavat Partiyasının üzvü Yafəz Əkrəmoğlunu məhkəməyə verir.

Bu barədə Gülağa Aslanlı özünün “Facebook” səhifəsində yazıb.

O bildirib ki, Yafəz Həsənovu Müsavat Partiyasına və ona atdığı şər və böhtanlara görə məhkəməyə verir: “Son tamamlama işləri gedir. Bu həftə şikayət ərizəsini təqdim edəcəyəm. Bunu hiss edən böhtançı narahat olmağa başlayıb. Özünə yardımçı axtarmağa başlayıb”.

Gülağa Aslanlı qeyd edib ki, bu iş üzrə sona qədər gedəcək: “Yazdığı son cızmaqara isə özünü məlumatlı göstərmək istəyindən başqa bir şey deyil. Amma yeni böhtanlar yazmağı da unutmayıb. Bu yazını da növbəti fakt kimi qəbul edəcək şəxslərə bildirirəm ki, məhkəmənin qərarı olmadan qaldırılan iddialar, atılan böhtanlar elə iddia və böhtan olaraq qalır. Növbəti addımım Almaniya Məhkəməsinə müraciət etməyim olacaq. Bütün hallarda son söz Avropa məhkəmələrinin olacaq. Yaşayarıq, görərik…”

Həmçinin oxuyun

Zaqatalada institutda kütləvi zəhərlənənlər olub – Say 40-ı ötüb (Yeniləniib)

Zaqatalada dünən zəhərlənmə şübhəsilə xəstəxanaya gətirilənlərdən 32-si evə buraxılıb. Azinforum.az TƏBİB-ə istinadla xəbər verir ki, mayın …