Ana səhifə / Aktual / Evdə partlayış oldu – Xəsarət alan var

Evdə partlayış oldu – Xəsarət alan var

Şəkidə beşmərtəbəli yaşayış binasında partlayış baş verib.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, hadisə binanın 3-cü mərtəbəsində ümumi sahəsi 38 m² olan 1 otaqlı mənzildə olub. Yanğın nəticəsində mənzilin yanar konsturksiyaları 25 m² sahədə və ev əşyaları qismən yanıb, yüksək temperaturdan eyvanın lambirindən ibarət tavanı 7 m² sahədə qarsalanıb.

Partlayış dalğasının təsirindən eyvanın pəncərə çərçivəsi dağılıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …