Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Aktual / ERMƏNİSTAN BU DƏFƏ GÜRCÜSTAN ƏRAZİSİNƏ İDDİA ETDİ – Paşinyanın paylaşımı qonşu ölkədə hiddət doğurdu + FOTO

ERMƏNİSTAN BU DƏFƏ GÜRCÜSTAN ƏRAZİSİNƏ İDDİA ETDİ – Paşinyanın paylaşımı qonşu ölkədə hiddət doğurdu + FOTO

Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi “Facebook” səhifəsindəki paylaşımı Gürcüstan ictimaiyyətində böyük hiddətlə qarşılanıb.

Paylaşımda Gürcüstanın Samtsxe Cavaxeti bölgəsində yerli ermənilərin bu yaxınlarda keçirdikləri aksiyadan fotoşəkil yer alıb.

Fotoşəkilin üzərində aksiyanın keçirildiyi yer olaraq “Javakhk” (“Cavakx”) yazılıb.

Qeyd edək ki, erməni millətçiləri və separatçıları Samtsxe Cavaxeti bölgəsini bu cür adlandırırlar. Onlar bu bölgəni Gürcüstanın bir hissəsi hesab etmirlər.

N.Paşinyanın bu paylaşımına minlərlə gürcü kəskin etirazını bildirərək “Gürcüstanda Cavakx yoxdur. Bura Gürcüstanın ərazisi Samtsxe Cavaxetidir”, “Ermənistanın baş naziri Gürcüstanda separatizmi təşviq etmirmi? Samtsxe Cavaxeti Gürcüstanın olub və olacaq” və digər bu kimi şərhlər yazıblar.

Bununla bir daha sübut olunur ki, Ermənistan rəhbərliyi ərazi bütövlüyü prinsipinə hörmətsiz yanaşır, qonşu Gürcüstana da ərazi iddiası var və bu məqsədlə açıq şəkildə separatizmi alovlandırır/Report

Həmçinin oxuyun

Malik Vəliyevin işdən çıxardığı şəxs məhkəmədən kömək istəyir – TƏFƏRRÜAT

Hərracların Təşkili Mərkəzinin işdən çıxarılan əməkdaşı qurumu məhkəməyə verib.İqtisadiyyat.az xəbər verir ki, Babayev Nazim Pərəcan oğlu …