Ana səhifə / Aktual / Ermənistan Azərbaycana dəmir yolunun 45 kilometrlik hissəsini bərpa edəcək

Ermənistan Azərbaycana dəmir yolunun 45 kilometrlik hissəsini bərpa edəcək

“Ermənistan hökuməti Yerash-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolu hissəsinin 45 km-lik hissəsini bərpa etməyi planlaşdırır”.

Bu barədə TASS agentliyinə müsahibəsində bu ölkənin baş nazirinin müavini Mqer Qriqoryan bildirib.

O qeyd edib ki, ekspertlərin ilkin hesablamalarına görə, dəmir yolu relslərinin Ermənistan ərazisindən keçən hissələrinin bərpasının indikativ dəyəri təxminən 200 milyon dollar təşkil edəcək.

“Ermənistan ərazisindən keçən hissənin ümumi uzunluğu təxminən 45 km, yolun ümumi uzunluğu isə 340 km-ə yaxın olacaq”, – o qeyd edib.

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …