Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / “Deyirlər, xəstəliklə gündəmə gəldim…” – Nurlan Əzizbəyli

“Deyirlər, xəstəliklə gündəmə gəldim…” – Nurlan Əzizbəyli

Müğənni Nurlan Əzizbəyli bir müddət əvvəl səhhətində yaranan problemdən danışıb.

Sənətçi “Lider maqazin”ə açıqlamasında deyib ki, onu xəstəliklə gündəmə gəlməkdə günahlandırıblar:

“Yıxılmadım, ayaqdayam. Müalicələrdən sonra pis günlər geridə qaldı. Mini infarkt keçirmişdim. Məni yad edənlər çox oldu, müğənni İzzət Bağırov, Nüşabə Ələsgərli, “Kristal” qrupunun rəhbəri Mədinə mənə baş çəkdi, maddi və mənəvi dəstək oldu.

Yalan danışmağın nə mənası var? Elə şeylə gündəmə gəlməyin nəyə lazımdı? Doğrunu Allah, ailəm və həkimlər bilir. Gedib xəstəxanadan maraqlansınlar. Deyirlər, illərdi efirdən uzaq qalmışam, bu yolla gündəmə gəldim”.

Verilişin yaradıcı heyəti Nurlan Əzizbəylidən xəstəxana kağızlarını istəsə də, qarşı tərəf onu göstərməkdən yayınıb.(axşam.az)

Həmçinin oxuyun

Agentlik İsgəndər Mahmudovun şirkəti ilə yarım milyonluq müqavilə imzaladı – Sanksiya siyahısındadır

Azərbaycan Dövlət Turizm Agentliyi Rusiyanın “OOO Aeroekspress Media” şirkəti ilə satınalma müqaviləsi imzalayıb. Bir mənbədən satınalma …

Bir cavab yazın