“Bilik günü” nə sayılı günlər qalıb. Bu səbəbdən yollarda xüsusən də məktəb ətrafı ərazilərdə sıxlığı nəzərə alan yol polisigücləndirilmiş rejimdə çalışacaq.
“Qafqazinfo”nun məlumatına görə, yol polisi sürücürələ xəbərdarlıq edib ki, avtomobillərini harada, necə gəldi saxlamasınlar. Əks halda həmin avtomobillərin sürücülərinə cərimə yazılacaq. Hərəkətə mane olan nəqliyyat vasitələri isə evakuatorla cərimə meydançasına aparılacaq.
Bu haqda “Xəzər Xəbər”ə açıqlama verən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib ki, həmin gün yol polisi ilə yanaşı, evakuasiya xidməti də gücləndirilmiş iş rejimində xidmət aparacaq.
Bundan başqa yol polisi övladını 1-ci sinifə gətirən valideynlərə də maksimum dərəcədə az avtomobillə gəlmələrini xahiş edir.
Bu arada yeni dərs ili ərəfəsində hər il rayon qeydiyyatı avtomobillərin paytaxta girişinə qoyulan məhdudiyyət bu il tətbiq edilməyəcək. Rayon qeydiyyatı alvtomobillərin şəhərə girməsinə hələ ki, heç bir qadağa yoxdur.