Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / “Çəkdirdiyim kliplərə təqdimat etmirəm”

“Çəkdirdiyim kliplərə təqdimat etmirəm”

Gənc ifaçı Leyla Ramazanlı yazdırdığı “Sənə dəyməz” mahnısına klip çəkdirdi. Müğənni ifa etdiyi mahnının qısa zaman çərçivəsində sevildiyi üçün məhz bu mahnısını lentə aldırıb. O, “Sənə dəyməz” mahnısına isti yay günlərinə uyğun klip ərsəyə gətirib. Yayın hiti hesab olunan “Məsafələr” mahnısı yeni işıq üzü görsə də ifaçı sevilən mahnılarının daha uzunömürlü olması üçün məhz belə addım atdığını qeyd etdi:

“Sözləri Leyli İsrafilovaya, musiqisi Pərviz Mahmudova məxsus olan “Sənə dəyməz” mahnımın sevildiyi üçün ona klip çəkdirməyi qərara aldım. Adətən sevilən mahnılarımın uzunömürlü olması üçün onlara ekran həyatı verməyə üstünlük verirəm. Belə olan təqdirdə mahnı daha uzunömürlü olur. Onu da nəzərinizə çatdırım ki, bir müddətdən sonra yeni yazdırdığım, hazırlandığı gündən də tamaşaçıların marağına səbəb olan “Məsafələr” mahnıma da klip çəkdirməyi düşünürəm”.
Adətən yerli şou-bzines nümayəndələrindən fərqli olaraq kliplərinə təqdimat etməyi sevməyən ifaçı yalnız konserti üçün mətbuat konfransı edəcəyini də bildirib: “Çəkdirdiyim kliplərə təqdimat etmirəm. Efirdə hər hansı verilişdə onu təqdim etməyi üstün tuturam. Xarici şou biznesə də nəzər yetirsək onların da bu üsuldan istifadə etdiyinin şahidi olarıq”.
Qeyd edək ki, Leyla sözügedən klipinin ilk nümayişini Murad Arifin “Solo” verilişində edib. Sözügedən klipin rejissoru Kamran Aydınov, art direktoru isə Xavərə məxsusdur.
Klipi bu linkdən izləyə bilərsiniz:

Həmçinin oxuyun

“Prezidentin “F-16″-larla bağlı dedikləri Rusiya və İrana mesaj idi” – Ekspert

“Bir ay ərzində, demək olar ki, hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin “F-16″-sı nə gəzir sizdə? …

Bir cavab yazın