Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Aktual / Bu qurumda köklü DƏYİŞİKLİKLƏR VAR : YENİ TƏYİNATLAR

Bu qurumda köklü DƏYİŞİKLİKLƏR VAR : YENİ TƏYİNATLAR

Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının (MŞ) növbədənkənar iclası keçirilib.
İclasda MŞ-nın yeni üzvlərdən ibarət tərkibi formalaşdırılıb.
Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə bazarlarına nəzarət Departamentinin direktoru Cavid Nəzərov MŞ-ya sədr, Palatanın digər əməkdaşı Məhəmməd Həsənli, eləcə də “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin direktor müavini Orxan Bağırov, “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin direktoru Tural Bayramov və “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktoru Bəhruz Nağıyev isə MŞ-nın üzvləri seçilib.
İclasda MDM-in cari və qarşıda duran məsələləri də müzakirə ediılib, “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin və “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin tələblərinə uyğun olaraq qiymətli kağızlar bazarının dərinləşməsi, xarici depozitarlara inteqrasiyası üçün hüquqi və texniki məsələlərin həllinin sürətləndirilməsinin və s. əsas istiqamətlər müəyyənləşdirilib.//Report.az
Did you find apk for android? You can find new Free Android Games and apps.

Həmçinin oxuyun

Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı

kisi azyaşlı olmaqla beş nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun psixoloji vəziyyəti ilə …