Ana səhifə / Aktual / Bu gün onların toyudur

Bu gün onların toyudur

Bu gün siyasi fəal, AXCP funksioneri Seymur Həzinin toyudur. 

“Qafqazinfo” xəbər verir ki, o, müsavatçı Tofiq Yaqublunun qızı Nigar Yaqublu ilə illər sonra toy mərasimi təşkil edəcək.

Bu barədə onların yaxınları sosial şəbəkədə məlumat paylaşıb. Bildirilib ki, toy Bakıda yerləşən şadlıq saraylarından birində baş tutacaq.

Qeyd edək ki, Seymur Həzi 2014-cü ildə xuliqanlıqda ittiham olunaraq həbs edilib və ötən il, avqustun 29-da azadlığa çıxıb. Bu səbəbdən cütlük 2016-cı il avqust ayında elə 17 saylı cəzaçəkmə müəssisəsində evlənmişdi.

Həmçinin oxuyun

“Bu dəqiqə canımla əlləşirəm, nə parlament seçkilərinə namizədlik?” – Şeyxin qudası

“Bu dəqiqə canımla əlləşirəm. Nə parlament seçkilərinə namizədlik? Bir dəfə Azərbaycanın tarixinə düşdük. Sağ olsun …