Şənbə , May 11 2024
Ana səhifə / Aktual / Bu gün Baş redaktorun «Azərcell» MMC-yə qarşı məhkəməsidir

Bu gün Baş redaktorun «Azərcell» MMC-yə qarşı məhkəməsidir

Yasamal rayon Məhkəməsinin hakimi Rəfayil Əliyevin icraatında olan mülki mübahisəyə saat 12:45-də baxılacaq…
Bu gün Bakı şəhəri Yasamal rayon Məhkəməsində iddiaçı, «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzilinin «Azərcell» MMC-yə qarşı məhkəmə prosesinin hazırlıq iclası keçiriləcək. Baş redaktor istifadə etmədiyi internetə görə MMC tərəfindən ona hesablanmış 143 manat 24 qəpik əlavə pul vəsaitinin silinməsi, vurulmuş mənəvi ziyana görə 10.000 manat təzminatın tutulması tələbinə dair mülki iddia irəli sürüb. Məhkəmənin hazırlıq iclası bu gün saat 12:45-dir.
Asif Mərzilidən bu günkü prosesə dair fikrini öyrəndik:
-20 ilə yaxındır «Azərcell»in abunəçisiyəm, hər ay danışıq taariflərindən əlavə şirkətə 10 manat abunə haqqı ödəyirəm. Heç vaxt da borcum olmayıb, özümü ən nümunəvi abonentlərdən biri hesab edirəm. İstifadəmdə olan 050-212… abonent nömrədən isə bu illər ərzində internetə girmək üçün istifadə etməmişəm. Mülki mübahisə də ondan ibarətdir ki, şirkət istifadə etdiyim ikikartlı Android tipli aparatdan guya internet üçün istifadə etmişəm və buna görə mənə 140 manat qısa müddətə borc yazıb. Mən bu barədə FB səhifəmdə məlumat yerləşdirəndən sonra məlum oldu ki, başına belə hadisə gətirilmiş onlarla, yüzlərlə tanınmış insanlar var. İki aya yaxındır ki, şirkət mənim həmin telefonumu ikitərəfli qaydada bağlayıb… Sual edirəm ki, həmin aparatda həm də «Azərcell»in Datakartı olub. Niyə şirkət özünün doğmaca Datakartını qoyub 20 ildir internetin sifəğtini belə görməyən 050-212…-ni dəstəkləyib? Məqsəd nədir? Bax bu suala cavab verilsin. İkincisi və ən vacibi, internetə girəndə hansısa sayta girirsən, filmə baxırsan, kiməsə salam göndərirsən. Mən hansı sayta girmişəm? Nəhayət, cavabdeh olan «Azercell Telekom» aylıq abonent borcu tərəfimdən vaxtında ödənilməsinə baxmayaraq mənə məxsus abunə nömrəsini qanunsuz və əsassız olaraq ikitərəfli qaydada bağlamışdır. Halbuki Azərbaycan Respublikası Vergilər Nazirliyinin, həmçinin istifadəçisi olduğum «ASAN imza»nın elektron məktubları, aidiyyəti dövlət qurumlarının Mətbuat Xidmətlərinin rəhbərləri (DİN, Vergilər, ədliyyə, Baş Prokurorluq, FHN, Gömrük Komitəsi, Təhsil Nazirliyi, Nazirlər Kabineti, Mətbuat Şurası və s.) mənimlə telefon əlaqələrini məhz bu mobil nömrə ilə reallaşdırırlar. Həmçinin Vergilər Nazirliyindən vergi Bəyannamələri, DYP-dən, məhkəmələrdən, digər rəsmi qurumlardan vacib məlumatlar qeydiyyatdan keçmiş həmin nömrəyə göndərilir. «Azərcell» MMC-nin həmin mobil nömrəni əsassız olaraq ikitərəfli qaydada bağlaması isə bütün bu mühüm funksiyaların yerinə yetirilməsini faktiki heçə endirmişdir. Odur ki, bu günkü hazırlıq iclasında da məhkəmədən istifadə etmədiyim internetə görə «Azərcell» MMC tərəfindən əassız olaraq hesablanmış borc vəsaiti üzrə məhkəmə mübahisəsi başa çatana kimi mənə məxsus mobil telefon nömrəsinin ikitərəfli qaydada dərhal açılması üçün cavabdeh tərəfin üzərinə öhdəlik qoyulması barədə qərardad qəbul edilsin.
Səbuhi

Həmçinin oxuyun

Prezident Laçında su elektrik stansiyalarının açılışlarında iştirak edib – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunda “AzərEnerji” ASC-nin “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik …