Ana səhifə / Aktual / Bu dəfə internetdə canlı yayımda xalq qarşısına Kamal Cəfərov çıxdı

Bu dəfə internetdə canlı yayımda xalq qarşısına Kamal Cəfərov çıxdı

Daha bir rəsmi şəxs öz sosial şəbəkə hesabında canlı yayım açaraq, gördüyü işlər barədə hesabat verib.

Virtualaz.org bildirir ki, bu, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərovdur.

O, iki gün əvvəl öz profilində məlumat vermişdi ki, fevralın 13-ü, saat 19.30-da “Facebook”da canlı yayım vasitəsilə “2018-ci il Korrupsiya Qavrama İndeksi”ndə Azərbaycanın reytinqi ilə bağlı baş vermiş dəyişikliklərin əsl səbəblərindən danışacaq. Eyni zamanda, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyəti haqda məlumat verəcək və sualları cavablandıracaq.

Kamal Cəfərovun birbaşa yayımına beş min nəfərdən çox insan baxmağa vaxt tapıb.

Xatırladaq ki, bundan əvvəl yüksək rütbəli Azərbaycan rəsmiləri arasında ilk onlayn yayım keçirən  Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov olub.

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …