Ana səhifə / Bir hərbçimiz şəhid oldu

Bir hərbçimiz şəhid oldu

Dünən axşam təmas xəttində ordumuzun hərbçisi şəhid olub. Martın 26-da erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.

Virtualaz.org saytı xəbər verir ki, atəşkəsin pozulması nəticəsində Silahlı Qüvvələrin hərbi qulluqçusu Kazımov Etibar Xudavi oğlu düşmən tərəfindən açılan atəşdən şəhid olub.

Müdafiə Nazirliyindən virtualaz.org saytına faktı təsdiqlədilər: “Şəhid hərbçimizin ailəsinə dərin hüznlə başsağlığı veririk”.

Həmçinin oxuyun

Aqil Əliyevin oğlu Tibb Universitetinin professorunu məhkəməyə verdi 

Tibb Universitetinin professoru Şahbazov Şahbaz Qara oğlu barəsində məhkəmə iddiası qaldırılıb.Məhkəmə iddiası mərhum akademik Aqil …

Bir cavab yazın