Çərşənbə , May 8 2024
Ana səhifə / Aktual / Bakının “yox” dediyi yeni səfir aranı qarşıdırmaq üçün gəlirmiş – SENSASİON AÇIQLAMA

Bakının “yox” dediyi yeni səfir aranı qarşıdırmaq üçün gəlirmiş – SENSASİON AÇIQLAMA

Dünəndən bizim mətbuatda Rusiyanın Azərbaycana təyin etmək istədiyi, daha doğrusu tamam başqa məqsədlər üçün şəxsən Lavrov tərəfindən Putinə təqdim edilən və artıq hər bir texniki prosedurları həll edilmiş erməni əsilli, Rusiya Federal Təhlükəsizlik Xidmətinin təcrübəli əməkdaşlarından biri olmuş Georgi Zuyevlə bağlı məlumatları oxuyuram və dərin fikirlərə dalmışam. Məni tanıyanlar bilirlər ki, mən çox nadir hallarda bu cür çox məsuliyyətli məsələlər ilə bağlı yüz ölçüb, min biçəndən sonra fikirlərimi açıqlayıram. Yəni, sözümə və ya özümə hörmət qoymağa çalışıram. Və dünən o məlumatı şəxsən mən ilk dəfə ictimailəşdirdim və çəkildim kənara. Hamının ən məlumatlı şəxs kimi tanıdığı, son vaxtlar adı və fəaliyyəti ərtafında çox ziddiyətli fikirlər söylənilən Eynulla Fətullayev və rəhbərlik etdiyi haqqın.az və mənim də bir vaxtlar redaktor kimi çalışdığım virtualaz.org saytları mənim özəl xəbərimi öz adlarına çıxararaq tamam başqa formada təqdim etdilər. Və bizim mətbuat adına çalışan bəzi yoldaşlar da mənim yazdıqlarıma deyil, məhz Eynulla bəyin saytlarına istinadən xəbərin istiqamətini bir balaca tərəddüdlə dəyişdilər. Necə deyərlər, olsun. Amma sən demə bizim politoloqlar, millət vəkilləri arasında da Rusiyaya sonsuz bağlılığı olan bəzi dostlar dünəndən başlıyıblar “etika dərsinə”.

Bu fikirləri GoldNews.Az-a hərbi eksperti Üzeyir Cəfərov Azərbaycanın Putinin göndərdiyi yeni səfiri qəbul etməməsi barədə yayılan xəbəri şərh edərkən deyib. Ekspert qeyd edib ki, hörmətli politoloq İlqar Vəlizadə, hörmətli millət vəkili Rasim Musabəyovun açıqlamalarına baxır və sadəcə təəssüflənir:

“Yoldaşlar, dostlar, siz elə bilməyin ki, mən şəxsən sizin nə demək istədiyinizi anlamıram. Vallah, ayıbdır. Mənim o cür məsuliyyətli bir yükün altına girib, verdiyim açıqlama ilə bağlı xahiş edirəm, ad çəkməsəniz də, mənə ünvanladığınız məsləhətləri özünüzə saxlayın. Əgər siz Rusiyadan çəkinərək özünüzü “yaxşı oğlan” göstərmək istəyirsinizsə, uğurlar sizə. Amma, siz unutmayın ki, Rusiyanın xüsusi olaraq Azərbaycana təyin etmək istədiyi adam bura aranı qarşıdırmaq üçün Lavrov tərəfindən seçilmişdi. Siz arada yaşadığınız və bəhrələndiyiniz Azərbaycan dövlətinin də maraqlarını düşünün. Və indi özünüzü elə sakit və elə “diplomatik” göstərməyə çalışırsınız ki, guya təqribi bilmirsiniz ki, məsələ nə yerdədir. Çox təəssüflənirəm belə yanaşmaya. Fürsətdən istifadə edib bir daha ölkə rəhbərliyinə Rusiyanın bu gizli və xəyanətə bərabər atmaq istədiyi addıma qarşı göstərdikləri təpkiyə görə təşəkkür etmək istəyirəm.

Sonda, baxın, Rusiya rəsmiləri artıq anlıyıblar ki, Azərbaycan tərəfi öz yaxın dostları və həqiqi müttəfiqlərinin sayıqlığı nəticəsində Rusiyanın məhz 2018-ci il və sonrakı mərhələlər üçün hazırladığı çirkin məqsədlərin reallaşmasına hesablanmış addımı başa düşüb, artıq bu gün tamam başqa “mahnı oxuyurlar”. Sən demə, bu ilin yayında Zuyevin Azərbaycana səfir kimi Rusiya Dövlət Dumasında komitədə müzakirə edilməsi və müsbət rəy alması, elə belə, “yığışıb 50 qram araq içmək kimi rus adətlərindən” biriymiş.

Ən sonda, dünən yazdığım xəbərə reaksiya, şərh yazan dostlara xüsusi minnətdarlığımı bildirirəm. Dostluğumda 5 minə yaxın insan var. Çoxu da heç özləri də bilmirlər ki, nəyə görə mənə dostluq göndərib, orada “oturublar”. Ay qardaşlar, siz heç olmasa şəxsi olmayan dövləti, dövlətçilik məsələləri ilə bağlı prinsipial işlərdə bir balaca ayılın zəhmət olmazsa. Siz elə düşünürsünüz ki, yazdıqlarım ancaq mənə və 150 -200 nəfərə aid olan məsələ və ya narahatçılıqdır, yaxud təkcə mənə lazımdır?

Elə ona görə də, Rusiya kimi üzümüzə gülüb, arxadan xəncəri kürəyimizə saplamağa hazır olan ölkənin siyasi dəllaları və hoqqabazları da çalışırlar ki, bizə qarşı öz şovinist və axmaq hərəkətlərini həyata keçirsinlər. Və ən dəhşətlisi də onların bu hərəkətinə Azərbaycanın suyunu içən, havasını udan bəzi jurnalistlərimiz, politoloqlarımız və adı millət vəkili olan şəxslər də hardasa bəraət qazandırmağa çalışmalarıdır”.

Həmçinin oxuyun

Zaqatalada institutda kütləvi zəhərlənənlər olub – Say 40-ı ötüb (Yeniləniib)

Zaqatalada dünən zəhərlənmə şübhəsilə xəstəxanaya gətirilənlərdən 32-si evə buraxılıb. Azinforum.az TƏBİB-ə istinadla xəbər verir ki, mayın …