Çərşənbə , May 8 2024
Ana səhifə / Aktual / Bakıda sürücülər cərimələnməmək üçün bu yolu seçdilər – Foto

Bakıda sürücülər cərimələnməmək üçün bu yolu seçdilər – Foto

Paytaxtın 28 May küçəsi, 23 nömrəli məktəbin qarşısında maşınlarını saxlayan bir neçə sürücü cərimələnməmək üçün maraqlı addım atıb.

“Qafqazinfo” xəbər verir ki, sürücülər maşın nömrələrinin kameralara düşməməsi üçün baqajlarını açıq vəziyyətdə saxlayıblar. Bununla bağlı vəziyyəti əks etdirən fotolar sosial şəbəkədə paylaşılıb.

Qeyd edək ki, qanunsuz parklanmaya qarşı mübarizəni paytaxtda həyata keçirən qurum Bakı Nəqliyyat Agentliyidir.

Həmçinin oxuyun

Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTO-su

Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı həlak olan 1983-cü il təvəllüdlü prokuror Müşfiq Abdullayev …