Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Aktual / Bakıda qalib gələn hər erməni idmançısına 50 min dollar veriləcək

Bakıda qalib gələn hər erməni idmançısına 50 min dollar veriləcək

Ermənistan MOK-un baş katibi Qraçya Rostomyan, Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında erməni idmançılarının alacaqları mükafatların məbləğini açıqlayıb.

Azerisport.com bildirir ki, Avropa Oyunlarında qaliblər birinci yer üçün 50 min, ikinci yer üçün 30 min, üçüncü yer üçün isə 20 min dollar alacaqlar.

“Azərbaycan tərəfi bütün ölkələrin xərcini ödəsə də, Ermənistan MOK-un sədri Qagik Tsarukyan qəti şəkildə etiraz edərək erməni yığmasının bütün maliyyə məsələlərini öz üzərinə götürüb.

“Mən uşaqlıqdan Bakıya getməyi arzulayan erməni tanımıram. Bu, Avropa Olimpiya Komitəsinin yarışlarıdır. Ən mühüm idman yarışlarının birindən təcrid olmaq… Bizim idman icmamız bunu etməmək qərarına gəldi”, – Ermənistanın bayraqdarı olacaq Rostomyan bildirib.

Həmçinin oxuyun

Malik Vəliyevin işdən çıxardığı şəxs məhkəmədən kömək istəyir – TƏFƏRRÜAT

Hərracların Təşkili Mərkəzinin işdən çıxarılan əməkdaşı qurumu məhkəməyə verib.İqtisadiyyat.az xəbər verir ki, Babayev Nazim Pərəcan oğlu …

Bir cavab yazın