Ana səhifə / Aktual / Bakıda bayker yol polisini belə ifşa etdi- Video

Bakıda bayker yol polisini belə ifşa etdi- Video

Tanınmış bayker yol polisini ifşa edib. Criminal.az saytı xəbər verir ki, bayker Vüqar İsmayılov Bakı-Yevlax-Qazax yolunda qarşılaşdığı polis özbaşınalığını mobil telefon vasitəsilə çəkib. Videoda bayker iddia edir ki, yol polisi kobud qayda pozuntusu etməklə sürücüləri günahsız cərimələyir.
”Yevlax rayonu DYP-nın əməkdaşların qanunsuz fəaliyyəti və gün ərzində qanunsuz yazılan protokollar! DYP-nın xidməti maşını hərəkət hissəsinin sol tərəfində saatlarla durub təhlükə yaradaraq, sürücülərin təhlükəsizliyini düşündüklərinə inanırsız? Burda bir məqsəd var, daha çox protokol və maaşlarına əlavə edilən (günahsız sürücülərdən ödənilən cərimələr hesabına %) qazanc! Bu cür özbaşınalığı içtimayələşdirilməsini özümə borc bildim və əminəm ki aydiyyəti qurumlar nəzər yetirəcəklər. Biz şikayətimizi edəcəyik”-deyə bayker yol polisinin hərəkətinə kəskin iradını bildirib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …