Cümə axşamı , May 9 2024
Ana səhifə / Aktual / Bakı meriyası çimərlikləri “azad edir”: Şlaqbaumlar sökülür: Hamısı pulsuz olacaq – AÇIQLAMA

Bakı meriyası çimərlikləri “azad edir”: Şlaqbaumlar sökülür: Hamısı pulsuz olacaq – AÇIQLAMA

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞHİ) Ticarət və Xidmət Departamenti paytaxtdakı çimərliklərə baxış keçirməyə başlayıb. 

Departamentin əməkdaşları əvvəlcə Şıx çimərliyində olub. Həmin çimərlikdə 9 müxtəlif məkana baş çəkilib, orada olan qapılar və şlaqbaumlar, habelə qiymət yazılan lövhələr götürülüb. Eyni zamanda sahibkarlara xəbərdarlıq edilib ki, çimərlik ərazilərinə giriş pulsuzdur, əhalidən yalnız xidmətə görə pul almaq olar.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bütün çimərliklərdə şlaqbaumların söküləcəyini və hal-hazırda bununla bağlı reydlərin davam etdiyini bildirib: 

“Bu gün birinci reyd olub, sabah səhər saatlarından etibarən isə digər çimərliklərdə də reydlər aparılacaq. Abşeron yarımadası üzrə bütün çimərliklərdən şlaqbaumlar söküləcək. Təzədən şlaqbaum qoymağa isə heç kimin ixtiyarı yoxdur, hamısı sökülüb çıxarılacaq”. 

Həmçinin oxuyun

Dönərdən zəhərlənən şəxsin yaxını: “Beş manata görə hər şeyi edirlər” – VİDEO

Zaqatalada dönərdən zəhərlənən şəxslərin yaxınları Baku TV-yə danışıblar. Onlardan birinin babası Bahəddin Əliyev bildirib ki, …