Ana səhifə / “Bacanaqlar”ın “Məhəbbət”i ATV-dən pula görə ayrılıb – TƏFƏRRÜAT

“Bacanaqlar”ın “Məhəbbət”i ATV-dən pula görə ayrılıb – TƏFƏRRÜAT

Tanınmış Rejissor Ramin Hacıyev ATV-dən ayrılıb.

AZXEBER.COM-un məlumatına görə, ATV-də yayımlanan bir neçə serialın rejissoru olan Ramin Hacıyev bundan sonra Xəzər TV-də çalışacaq.

“Bacanaqlar”, “Qız atası” və “Qardaşlar” serialının rejissoru olan Ramin Hacıyev Xəzər TV-də də bir neçə komediya serialının rejissoru və aktyoru olacaq.

Rejissorun ATV-dən ayrılmasının təfərrüatları AZXEBER.COM-a məlum olub.

Məlumata görə, rejissor ilə telekanal rəhbərliyi arasında pul davası olub. Belə ki, Ramin Hacıyev yeni mövsümdə maaşının artırılmasını tələb edib, ancaq onun bu istəyi reallaşmayıb. Rejissor da məhz bu səbəbdən ATV-dən ayrılıb.

Adıçəkilən serialların baş rol oyunçusu Elməddin Cəfərov açıqlamasında Ramin Hacıyev ilə dost kimi qaldıqlarını deyib.

Həmçinin oxuyun

Azərbaycanla bağlı sanksiya siyahısında 44 məmurun adı var

Hələlik yeni 3 nəfərin kimliyi məlum deyil Azərbaycanın dövlət məmurlarına qarşı sanksiyalar haqqında qanun layihəsi …

Bir cavab yazın