Cümə axşamı , May 9 2024
Ana səhifə / Aktual / Azərbaycanı Qış Olimpiadasında təmsil edən bir idmançıya görə Bakıdan Pxençxana xeyli adam getdi

Azərbaycanı Qış Olimpiadasında təmsil edən bir idmançıya görə Bakıdan Pxençxana xeyli adam getdi

Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək XXIII Qış Olimpiya Oyunlarının Olimpiya Kəndində Azərbaycan bayrağı qaldırılıb.

Mərasimdə Azərbaycanın şef de-missionu Anar Bağırov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, və digər şəxslər iştirak ediblər.

Fevralın 9-da start götürəcək olimpiadanın Açılış mərasimində bayraqdar funksiyasını Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner yerinə yetirəcək. O, slalom və böyük slalom yarışlarına qatılacaq.

Qış Olimpiya Oyunlarına fevralın 25-də yekun vurulacaq. (Report)

Həmçinin oxuyun

Dönərdən zəhərlənən şəxsin yaxını: “Beş manata görə hər şeyi edirlər” – VİDEO

Zaqatalada dönərdən zəhərlənən şəxslərin yaxınları Baku TV-yə danışıblar. Onlardan birinin babası Bahəddin Əliyev bildirib ki, …