Çərşənbə axşamı , Aprel 30 2024
Ana səhifə / Aktual / Abel Məhərrəmovun səfir oğlu geri çağırılır? – Rəsmi cavab

Abel Məhərrəmovun səfir oğlu geri çağırılır? – Rəsmi cavab

Dünən Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunan Abel Məhərrəmovun İspaniyada səfir olan oğlu Anar Məhərrəmovun adı şərab biznesində hallandığı üçün onun geri çağırılacağı barədə xəbərlər yayılıb.

XİN-in mətbuat katibi Leyla Abdullayeva Teleqraf.com-a açıqlamasında bu barədə heç bir məlumatının olmadığını bildirib: “Səfirin geri çağırılması səlahiyyəti ölkə prezidentinə məxsusdur”.

Onun sözlərinə görə, Anar Məhərrəmovun şərab biznesi ilə məşğul olduğuna dair əsaslandırılmış məlumat olmadığından bununla bağlı XİN araşdırma aparmayıb və şərh vermir.

Həmçinin oxuyun

Hava pisləşir – Temperatur 8 dərəcə aşağı enəcək

Bakıda və Abşeron yarımadasında mayın 1-i və 2-si günün birinci yarısında şimal-qərb küləyinin 15-18 ms/, …