Ana səhifə / Aktual / 28 May-Müstəqillik, 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü oldu

28 May-Müstəqillik, 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü oldu

Milli Məclisin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.   

“ Azinforum.az ” xəbər verir ki, layihə səs çoxluğu ilə üçüncü oxunuşda qəbul edilib. Bundan sonra 28 May Müstəqillik Günü, 18 Oktyabr isə Müstəqilliyin Bərpası Günü kimi qeyd ediləcək.

Qeyd edək ki, 28 May qeyri-iş günü, 18 oktyabr isə iş günü olan bayram sayılacaq.

Xatırladaq ki, indiyə qədər Mayın 28-i Respublika Günü, Oktyabrın 18-i isə Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …