Ana səhifə / Aktual / “Əli Kərimli, saxta profillərini yığışdır, sözün var, özümə de” – QALMAQAL

“Əli Kərimli, saxta profillərini yığışdır, sözün var, özümə de” – QALMAQAL

AXCP sədri Əli Kərimli ilə tanınmış gənc fəal Bəxtiyar Hacıyev arasında sosial şəbəkələrdə ciddi qarşıdurma yaşanıb. Buna səbəb də AXCP rəhbərinin artıq 10 gündən çoxdur itkin düşən alpinistlərlə bağlı öz feysbuq səhifəsində paylaşdığı statusdur.

Həmin statusu tənqid edən gənc fəal cəbhəçilərin hücumlarına məruz qalıb. Kərimli tərəfdarları ən ağır formada B.Hacıyevi sosial şəbəkələrdə aşağılama, onu sərt şəkildə tənqid etməyə başlayıblar. Özü də bu hücumların çoxu saxta profillər vasitəsilə edilib.

Buna dözməyən gənc fəal bu şəkildə yazdığı statusla etiraz edib: “Əli Kərimli, saxta profillərini yığışdır, sözün var, nömrəm var, özümə de. Hansı söyüş söyən saxta profil açırsan, arxasından sənin fotoların çıxır”.

Bu statusa ilk reaksiya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlıdan gəlib. O, bu rəyi yazıb: “Saxta profilləri özü idarə edir. Onun tapşırığı olmadan, Bəxtiyar bəy, sizə hücum edə bilməzlər. Əli Kərimli bolşevikdir. Əsəbiləşməyin”.

Ardınca cəbhəçilər sədr müavininin üzərinə tökülüşüblər. AXCP sədrinin mühafizəçisi Bəhruz Həsənlinin timsalında status müəllifinə və statusa dəstək verənləri sərt şəkildə tənqid ediblər.

Bununla belə, statusun altında cəbhəçi olmayan şəxslər var idi ki, onlar N.Orduxanlının sözlərinə haqq qazandırıblar. Statusundakı müzakirələrə B.Hacıyev bu şəkildə qoşulub: “Onun saxta profillər saxlaması ilk dəfə deyil. Cəbhəçilərin özləri də yaxşı bilirlər saxta profillərin olmasını”.

Daha sonra gənc fəal onu tənqid edən saxta profilin gizlədilməsinə bu cür reaksiya verib: “Bağladı profili, gizlətdi. Saxta deyildisə, gizlətməzdi. Getsin saxta profillərlə özünü reklam etdirsin, postlarını paylaşdırsın, nə edir etsin. Amma saxta profillərlə söyüş söydürəndə, cavabını da almalıdır”.

Qeyd edək ki, status Facebookda yarım saat qalandan sonra gənc fəal onu silib və bir anda cəbhəçilərin hücumları dayanıb. Bunun qısa zamanda baş verməsi o ehtimallara yol açır ki, ifşa olunduğunu görən AXCP sədri məsələyə qarışıb və onun xahişi ilə B.Hacıyev statusu silib, tərəfdarları isə hücumları dayandırıblar.
“Yeni Müsavat”

Həmçinin oxuyun

“Bu dəqiqə canımla əlləşirəm, nə parlament seçkilərinə namizədlik?” – Şeyxin qudası

“Bu dəqiqə canımla əlləşirəm. Nə parlament seçkilərinə namizədlik? Bir dəfə Azərbaycanın tarixinə düşdük. Sağ olsun …