Ana səhifə / Aktual / Əli Həsənovun qardaşı oğluna Naxçıvanda yüksək vəzifə verildi

Əli Həsənovun qardaşı oğluna Naxçıvanda yüksək vəzifə verildi

Anar Həsənova Naxçıvanda yüksək vəzifə verilib.

Bu barədə TNS-ə Naxçıvandakı mənbələrdən məlumat daxil olub.

Məlumata görə, ona Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyində vəzifə verilib.

TNS Anar Həsənovun hansı vəzifəyə təyin olunduğunu dəqiqləşdirə bilməyib.

Mənbənin sözlərinə görə, o, artıq bir neçə aydır ki, muxtar respublikada fəaliyyət göstərir. Naxçıvandakı bir sıra mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri Anar Həsənovdan tapşırıq alır. 

Polkovnik Anar Həsənov əvvəllər Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsində Əməliyyat idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Anar Həsənov Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovun qardaşı oğludur.

Anar Həsənovun atası İsa Həsənov uzun illər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini olub. Əli Həsənov vəzifəsindən azad olunandan bir müddət sonra o da müvafiq əmrlə işdən çıxarılıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …