Günün əksər vaxtlarında hava şəraitindən asılı olmayaraq küçələrdə hətta sürət həddi yüksək olan prospektlərdə təmizlik işləri görən komunal xidmət işçilərini həmişə görmək mümkündür. Artıq bu insanlar nə öz həyatlarını təhlükəyə atacaqlar, nə də sürücülərə mane olacaqlar. Çünki küçə və prospektləri xüsusi maşınlar təmizləyəcək.
Belə ki, küçələrdə təmizlik işlərinin görülməsi üçün Bakı Nəqliyyat Agentliyinin təklifi əsasında yenİ qərar hazırlanıb.
Beləki, yeni qərara əsasən komunal xidmət işçiləri küçə və prospektlərdə təmizlik işləri görməyəcəklər. Onların həyatını təhüləkəyə ataraq gördüyü işləri isə xüsusi süpürən-təmizləyən maşınlar edəcək.
Artıq Nazirlər Kabineti tərəfindən bu məsələlərin normativ hüquqi aktlarda öz əksini tapması üçün aidiyyəti dövlət qurumları ilə birgə razılaşdırılmış təkliflər hazırlanır.