Ana səhifə / Siyasət / Ramil Usubov Zakir Həsənovun oğluna yüksək vəzifə verdi

Ramil Usubov Zakir Həsənovun oğluna yüksək vəzifə verdi

Daxili işlər naziri, general polkovnik Ramil Usubov mühüm dəyişikliklər edib.

Mia.az-ın məlumatına görə, nazirin əmri ilə bir sıra kadr dəyişiklikləri olub.

Belə ki, DİN Baş Mühafizə İdarəsinin Nərimanov Rayon Mühafizə İdarəsinin rəis müavini vəzifəsində çalışan Nazim Həsənov Xətai Rayon Mühafizə İdarəsinin rəisi təyin olunub.

Məlumat üçün bildirək ki, Nazim Həsənov Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun oğludur.

Nazirin digər əmri ilə Xətai Rayon Mühafizə İdarəsi rəisi Azad Quliyev DİN Baş Mühafizə İdarəsinin kadrlar şöbəsinə rəis gətirilib.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …

Bir cavab yazın