Ana səhifə / İqtisadiyyat / Qorbaçov Vilnüs hadisələrinə görə məhkəməyə çağırıldı

Qorbaçov Vilnüs hadisələrinə görə məhkəməyə çağırıldı

Litva paytaxtı Vilnüsün dairə məhkəməsi keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçova 1991-ci il yanvarın 13-də törədilən hadisə ilə bağlı çağırış təqdim edib.

“Report” xəbər verir ki, bu barədə hakim Aynora Korneliya Matsyaviçene məlumat verib.

Onun sözlərinə görə, çağırış poçt vasitəsilə Qorbaçov Fondunun ünvanına göndərilib.

Qeyd edək ki, 1991-ci il yanvarın 13-də gecə saatlarında sovet ordusunun hərbi texnikası Vilnüsün mərkəzinə yeridilmişdi. Nəticədə 14 nəfər ölmüş, 600-dən çox insan yaralanmışdı.

Onu da xatırladaq ki, 1990-cı il yanvarın 19-20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qırğınlar nəticəsində 133 nəfər şəhid olub, 744 nəfər isə yaralanıb.

Həmçinin oxuyun

İşğaldan azad olunan ərazilərdə bəzi güzəştlər olacaq – VİDEO

İşğaldan azad olunan ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir. …

Bir cavab yazın